Ride the Storm: Navigating Through Unstable Periods / Katerina Rudko (Belka G...
Bankların strateji baxışı
1. Bank sektorunun ciddi, uzunmüddətli strategiyalar müəyyən edə bilən menecment və
onu tələb edən səhmdarlara ehtiyacı var.
Birinci bölüm: Strategiya
Kommersiya təşkilatı olan bankların başlıca məqsədi gəlir əldə etməkdir. Bu istiqamətdə
bankların strateji baxışı (kommersiya təşkilatlarının məqsədlərinə dair nəzəri çərçivəni
xatırlasaq) uzunmüddətlı stabil gəliri əksetdirməli, fəaliyyət planları bu istiqamətdə
formalaşdırılmalıdır. Bunun üçün də bankların uzunmüddətli strategiya müəyyən etmələri
zəruridir.
Ümumiyyətlə uzun müddət dedikdə nəzərdə tutulan vaxt necə müəyyən olunur
(olunmalıdır)?! Ölkə iqtisadiyyatında əhəmiyyətli oyunçular olması, eləcə də bu sektora
giriş imkanlarının çətinliyi, investisiya strategiyası baxımından bankların fəaliyyətinə
müddət məhdudiyyətini (3, 5, 10 il və.s.) təbbi ki "məntiqsiz" edərdi.
Bildiyiniz kimi stategiya üçün qeyd olunan "uzunmüddətli" sözü strategiyanın nəzərdə
tutulduğu müddəti əhatə edir. Qeyd olunan bu müddət isə kommersiya fəaliyyətinin mövcud
olduğu ölkənin makroiqtisadi mühitindən birbaşa aslıdır. Belə ki, strategiya iqtisadi
göstəricilərinn proqnozlaşdırılması mümkün olan dövrü əhatə edə bilər. Makroiqtisadi
mühit və siyasi stabilliyin güclü olduğu bir ölkədə (reallaşma ehtimalı yüksək vəya
kənarlaşma əmsalı kiçik olan) proqnozlaşdırma imkanları daha uzunmüddətli olabilir.
İnkişaf etmiş ölkələrdə bu müddətin 10 ildən artıq olduğu hesab edilir.
Üzunmüddətli proqnoz imkanı güclü ölkələrdə (İEÖ) rəqabət və gəlir maksimizasiyasının
uzun müddətə yayılması investisiyanın gəlirliyini (əmanətçi, investor , eləcə də bankların
gələcək gözləntiləri paralel olaraq onların bugünkü qərarlarına təsir edir) aşağı salır. Gəlirlər
bərabər paylanır, ictimayi rifah yüksəlir. Bu eyni zamanda iqtisadi və sosial infrastrukturun
güclənməsini, davamlı gəliri təmin edir.
İqtisadi mühit uzunmüddətli proqnozlaşdırmaya imkan vermədikdə, banklar gəlir
maksimizasiyası strategiyasını realizasiya etmək məqsədi ilə hazırlayacaqları
"uzunmüddətli" strategiyanın müddətini proqnozlaşdıra biləcəkləri dövrə - nisbətən qısa
müddətə uyğunlaşdırırlar. Qeyd etdiyimiz kimi, strategiya yalnız proqnozlaşdırıla bilən
dövrü əhatə edəcəyindən, bankların da başlıca hədəfi olan mənfəət maksimizasiyası bu qısa
müddətə uyğunlaşdırılır. Bu isə yüksək riskli mühitdə yüksək satış gəliri əldə etmək üçün
aqresiv bazar mübarizəsinə yol açir.
Belə ki, qısa müddətdə, qeyri-stabil mühitdə bazar oyunçularının (maraqlı tərəflər - banklar,
digər maliyyə təşkilatları, requlyativ çərçivə, müştəri davranışı) davranışlarını da
2. müəyyənləşdirmək (oyun nəzəriyyəsi-game theory) asan olmur. Şərtləri lazımi səviyyədə
aydın olmayan oyun aqresiv davranışları zəruri edir və bu aqresiya investorların risk
iştahalarına paralel inkişaf edir.
Yüksək risk iştahasına sahib səhmdarlar öz görüşlərinə adekvat formalaşdırılmış
menecmentlə "uzunmüddətli" (adətən 1-3 il) strategiya müəyyən edir. Bu zaman
yüksək -riskli gəlirə hədəflənən satış strategiyaları formalaşdırılsa da, qısamüddətli
yüksək xərc yaradan (lakin gəlir gətirməyən) risklərin idarə edilməsi üzrə infrastruktur
investisiyaları nəzərə alınmır. (Bir qədər də səhmdarlara haqq qazandırmaq olar. Çün ki,
strategiya qısa dövrü əhatə etdiyindən uzunmüddətə faydalı olacaq investisiyanı
əhəmiyyətsiz hesab edirlər.)
Nəticə: ı)İnformasiya assimmetriyası şəraitində "silahlı" banklara qarşı dayana bilməyən
müdafiəsiz müştərilər istənilən halda uduzur. ıı)Gəlir bölgüsü qütbləşməyə məruz qalır və
sosial defolta sürüklənir. ııı)Yüksək risk iştahasına sahib oyunçuların aqresiv davranışları
özlərini və sektoru böhrana aparır. ıv) Requlyatorun preventiv tədbirləri sektorun
inkişafını tormozlayacağı kimi, gecikmiş qərarlar iqtisadi böhranlara səbəb olur.
Cari situasiyada güclü olan qazanır, lakin hər kəs nəyisə itirir!:
- Dayaq nöqtəsi (arxalandığı kimsə) olanlar "oyun şərtlərinə" müdaxilə edir - öz oyununda
özü qazanır. Lakin bərabər şərtlərdə rəqabət aparma bacarığını, uzunmüddətli-davamlı
fəaliyyət qabiliyyətini zəiflədir (Azad rəqabət şəraitinə immunitetini itirmiş olur).
- İnhisarçı şəraitdə qeyri bərabər oyun şərtlərindən itkiyə məruz qalanlar isə gözləmə
strategiyasını izləyərək makroiqtisadi stabillik dövrünə hazırlaşır. Ağıl gücünə sahib olanlar
tam rəqabət şəraitində iqtisadi seleksiyaya inanaraq uzunmüddətli strategiya
formalaşdırırlar.
Bank sektorunun ciddi, uzunmüddətli strategiyalar müəyyən edə bilən menecment və onu
tələb edən səhmdarlara ehtiyacı var.