1. Vətən sevgisi
Çətin,ağrılı-acılı günlər uzaqda qalsa da,əks-sədası hələ də gəlib bizə çatır.Böyük Vətən
müharibəsi(1941-1945 ci illər)Azərbaycanın da hər şəhərində,hər rayonunda ,hər evində öz
faciəli izini qoymuşdur.Böyükdən-kiçiyə,var-dövlətindən asılı olmayaraq hamı bir nəfər kimi
qələbə uğrunda canından keçməyə hazır idi.İnsanları irəli aparan torpaq sevgisi,vətən
sevgisi idi ."Ana- Vətən çağırır !" şüarı ilə ,ölüm qorxusu bilmədən,əsgərlərimiz düşmən
cəbhəsini yararaq ,qarış-qarış torpaqları azad edirdilər.
Bu gün 24 yaşlı gəncin müharibə illərində atasına tam səmimi yazdığı məktubu oxudum.
Alman faşistləri ilə döyüşdə ,ağır yaralar almış və xəstəxanada müalicə ala-ala atasına
məktub yazan bu gənc "xalq düşməni","Vətən xaini" Mircəfər Bağırovun oğlu Cahangir
Bağırov idi.Məktubun qısa şəkildə məzmunu :
"Əzizim ata!
Artıq 2 ay yarımdır ki,mən öz yerimdə deyiləm və müftə çörək yeyirəm,halbuki çörək
hazırda olduqca qiymətlidir,Vətənin təhlükədə olduğu ,onun minlərlə övladının cəbhədə
canından keçdiyi bir vaxtda mən burada oturmuşam...
Mən döyüşlərin ən qızğın yerində olmalıyam və həm də ona görə olmalıyam ki,sənin
oğlunam,bu Vətənin və partiyanın oğluyam.Kaş sən biləydin mən insanların gözünə
baxmağa necə utanıram ki,gəncəm,güclüyəm,ancaq arxa cəbhədə oturmuşam...
Xahish edirəm,mənim cəbhəyə yollanmağımı sürətləndir.Və mənə adlı-sanlı
təyyarələrdə vuruşmaq lazım da deyil,artıq 2 ay yarımdır gözləyirəm və hətta U-2 -də də
savaşmağa hazıram.Bir həftə də gözləyə bilərəm,ondan sonra qarşıma çıxan ilk hərbi
hissəyə gedib cəbhəyə yola düşəcəyəm..."
Və məktubun sonunda yazır :" Səbirsizliklə cəbhəyə yollanmağımı gözləyirəm və sübüt
edəcəm ki,sənin oğlun öz atasına və öz Vətəninə layiqdir."
Məktubu oxuduqdan sonra Mircəfər Bağırov Mərkəzi Tibb komissiyasının sədri,məşhur
cərrah Mustafa Topçubaşovu yanına çağırtdırır.Topçubaçov israr edir ki,Cahangir ağır
yaralar alıb ve heç olmasa bir il müalicə olunmalıdır.Bu sözlərə cavab olaraq Mircəfər
Bağırov deyir: " Nə danışırsız,o,heç 1 ay da xəstəxanada davam gətirməyəcək.Mən
oğlumu yaxşı tanıyıram,özüm kimi ötkəmdir."
Topçubaşov məcburiyyət qarşısında razılıq verir,ancaq bir şərtlə: "Məsuliyyəti Cahangir
Mircəfər oğlu Bağırov daşıyacaq."
Bir həftə sonra Cahangir Bağırov cəbhəyə yola düşdü və... 4 ay sonra həlak oldu.
Bu gün də Azərbaycan müharibə şəraitində yaşayır.Yüzlərlə şəhid və itkin
düşənlər,minlərlə öz vətənində qaçqın,didərgin düşənlər,dağıdılıb viran qalmış el-obalar,
itirilmiş 20 % torpağımız Qarabağ müharibəsinin ürək yandıran,bağışlanmaz nəticəsidir.
2. Vətən qarşısında borcumuzu ödəyib,işğal olunmuş torpaqları geri qaytarıb , Azərbaycana
layiqli vətəndaş olmaq , gələcək nəslin qarşısına "üzü
qara "çıxmamaq üçün,bu gün Mircəfər Bağırovlar,Cahangirlər kimi insanlara böyük
ehtiyacımız var . Ata yurdumuzun,"Ana Vətənin " çağırışı olarsa ərazi bütövlüyümüzü
qorumaq və bu yolda əlimizdən gələni əsirgəməmək hər bir Azərbaycanlının müqəddəs
borcudur.