2. Məktəbdə “Fəal təlimin təşkilindəki
problemlər”
1.Vəziyyətin öyrənilməsi.
• 1.1 Əsərlərin təhlili
• 1.2 Müşahidə,sorğu,müsahibə.
2.Metodika işlənilməsi.
3.Sınaq mərhələsi.
• 3.1 İki sinif yaradılır.
• 3.2 Sonda onlar müqayisə
olunur.
3. 1.Vəziyyətin öyrənilməsi
Ənənəvi təlimin başlıca nöqsanları nəzəri
təmayülün üstün olması, şagirdlərin
passivliyi, metodikaların yeknəsəkliyi,
şagirdlərin dalğınlığı, həll yollarının əsasən
hazır şəkildə verilməsi, fərdiləşdirməyə
şəraitin olmaması, vaxt bölgüsünün dəqiq
reqlamentləşdirilməsindən ibarətdir.
İnteraktiv təlimin başlıca nöqsanlarına
isə vaxtın reqlamentləşdirilməsinin
çətinliyini müəllimdən dərsə hazırlıq üçün
böyük əmək tələb olunmasını, dəqiq
planlaşdırmanın mürəkkəbliyini və s. aid
etmək olar.
4. Fəal təlimin səciyyəvi cəhədləri
• Fəal təlimin xarakteristikasında özünü göstərən
başlıca cəhətlər bunlardır:
• fəal təlim müəllim tərəfindən idraki problemli
situasiyanın yaradılması, problemin həlli prosesində
şagirdlərin fəal tədqiqatçılıq mövqeyinin
stimullaşdırılması, müstəqil “kəşf”, “ixtira” və
şagirdlər üçün yeni olan biliklərin mənimsənilməsi
şəraitinin yaradılmasını təmin edir;
• fəal təlim metodları şagirdlərdə intellektual
baxımdan gərgin situasiyanın yaradılmasını,
informasiyanın hazır deyil, ziddiyyətli və natamam
şəkildə təqdim edilməsi ilə səciyyələnir;
fəal təlimdə təlim tapşırıqları, həll üçün təqdim
edilən problem cəlbedici, maraqlı, şagirdlərin
dərketmə imkanlarına uyğun, müstəqil tədqiqatçılıq
baxımından asan olması ilə fərqlənir;
• fəal təlim şagirdlərin öz qabiliyyətlərini
reallaşdırmağa imkan yaradır, dialoqa və birgə
fəaliyyətdə əməkdaşlığa əsaslanır.
• fəal təlimdə yaradılan əməkdaşlıq mühiti və işgüzar
müzakirələr alınmış informasiyanı sintez etməyə
kömək edir, dərketməni stimullaşdırır və təlimin
nəticəyönümlüyünə etibarlı təminat yaradır.